Bakı Ali Neft Məktəbi İstanbulda beynəlxalq təhsil sərgisində təmsil olunub

Bakı Ali Neft Məktəbi İstanbulda beynəlxalq təhsil sərgisində təmsil olunub SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) Türkiyənin İstanbul şəhərində keçirilən “StudyExpo” xaricdə təhsil sərgisində xüsusi stendlə təmsil olunub.
Bakı Ali Neft Məktəbinə aid məlumatların əks olunduğu çap materiallarının nümayiş etdirildiyi stenddə BANM-in Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova və Tədbirlərin və sərgilərin təşkili şöbəsinin rəisi Sahib Kazımov sərgi iştirakçılarına və ziyarətçilərə ali məktəb haqqında geniş məlumat verərək onların suallarını cavablandırıblar.
Üç mindən çox ziyarətçinin qatıldığı sərginin məqsədi dünyanın müxtəlif universitet və təhsil qurumlarını Türkiyə tələbə ictimaiyyəti arasında tanıtmaqdır.

Tehsil-press.az



Oxşar xəbərlər