Bakı Slavyan Universiteti Türkiyədə təhsil sərgisində təmsil olunub

Bakı Slavyan Universiteti Türkiyədə təhsil sərgisində təmsil olunub Türkiyənin İstanbul Kent Universitetində iyunun 11-12-də keçirilən Azərbaycan universitetlərinin sərgisində slavyanşünaslıq üzrə regionun birinci universiteti olan Bakı Slavyan Universiteti (BSU) də təmsil olunub.
Sərgidə əcnəbi tələbələrlə iş üzrə dekan Ülviyyə Məmmədova və Tərcümə fakültəsinin tyutoru Nazpəri Əhmədova iştirak ediblər.
Dekan Ülviyyə Məmmədova Türkiyənin "Haber Global", "Ülkə TV", "Beyaz TV" kanallarına və Anadolu Agentliyinə müsahibə verib. O, BSU-nun fəaliyyəti, təlim-tədris prosesinin təşkili, beynəlxalq əlaqələri və əcnəbi tələbələr üçün təhsil imkanlarından söz açıb.
Sərgidə BSU ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti də təmsil olunub.

Tehsil-press.az


Oxşar xəbərlər