Azərbaycanda ilk dəfə keçirilən və 2 gün davam edən festivalda 6 universitet, 41 məktəb, 10 özəl müəssisədən 250-dən çox komanda, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak edib. Komandalar 18 kateqoriyada və 4 yaş qrupunda (ibtidai, orta, yuxarı siniflər və tələbələr) yarışıblar. Ali təhsil müəssisələrindən 50-yə yaxın komanda “Green Entrepreneurship - Yaşıl sahibkarlıq”, “Blue Entrepreneurship - Mavi sahibkarlıq”, “Robot Technologies - Robot texnologiyaları”, “Software Technologies - Proqramlaşdırma texnologiyaları”, “Health Sciences and Technologies – Səhiyyə elmləri və texnologiyaları” kateqoriyaları üzrə mübarizə aparıb. Hər kateqoriyada ilk 3 yeri qazanan komandalar ölkəmizi Antalyada təşkil olunacaq yarımfinal mərhələsində təmsil edəcək. 18 ölkənin iştirakı ilə keçiriləcək yarımfinal mərhələsində dərəcə göstərən komandalar noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında iştirak hüququ qazanacaqlar.
Tehsil-press.az