
Bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Qərarla Akif Qurbanov, Əli Zeynalov, Mövsüm Cabarov, Ramil Babayev və İlkin Əmrahov 4 ay müddətə həbs olunublar.
Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.
Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Tehsil-press.az