Rəşad Əliyevin ölümü ilə bağlı - Yeni faktlar

Rəşad Əliyevin ölümü ilə bağlı - Yeni faktlar Fevralın 12-nə keçən gecə 64 yaşlı Rəşad Əliyevin Nardaran qəsəbəsindəki evində dəm qazından boğularaq öldüyü hadisə ilə bağlı bəzi detallar üzə çıxıb.

Hadisəyə bağ evinin zirzəmisində quraşdırılmış kombi səbəb olub.

Belə ki, kombi aparatının yanmış dəm qazının çölə ötürən hissəsində yaranmış nasazlıq karbon monoksidin zirzəmiyə dolmasına səbəb olub. Daha sonra dəm qazı yuxarı mərtəbəyə qədər yayılıb və evdə olan Rəşad Əliyevlə həyat yoldaşı Dilarə Əliyevanın zəhərlənməsinə səbəb olub. R.Əliyev hadisə yerində vəfat edib. Həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər