İstanbul dünyada BİRİNCİ OLDU

İstanbul dünyada BİRİNCİ OLDU Böyük Britaniyanın bazar araşdırması şirkəti “Euromonitor İnternational” 2023-cü ildə ən çox turist axını olan şəhərləri açıqlayıb.

İstanbul 2023-cü ildə “Dünyanın ən çox ziyarət edilən şəhərləri” siyahısında birinci olub.

Keçən il 20 milyon 200 min ziyarətçi ilə birinci olan İstanbulu 18 milyon 800 min turistin baş çəkdiyi London izləyir.

Üçüncü yerdə 16 milyon 800 min ziyarətçi ilə Dubay qərarlaşıb. Antalya isə 15 milyon 700 min ziyarətçi ilə siyahıda dördüncü yeri tutub.

Fransanın paytaxtı Paris ən çox turistin baş çəkdiyi beşinci şəhər olub. Koronavirus epidemiyasından əvvəl müntəzəm olaraq dünyanın ən çox ziyarət edilən şəhəri seçilən Honqkonq bu dəfə 6-cı yerdə qərarlaşıb.

Ən çox ziyarət edilən 10 şəhər aşağıdakılardır:

İstanbul (Türkiyə), London (İngiltərə), Dubay (Birləşmiş Ərəb Əmirlikləri), Antalya (Türkiyə), Paris (Fransa), Honqkonq (Çin), Banqkok (Tayland), Nyu-York (ABŞ), Kankun (Meksika), Məkkə (Səudiyyə Ərəbistanı)

Tehsil-press.az

Oxşar xəbərlər