
Bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Ona “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması” maddəsi ilə cinayət işi başlanıb.
Bildirilib ki, Çoduyev “Limatex Cotton Corporation” MMC-nin rəhbəri olarkən şirkətin Oş və Cəlal-Abad vilayətlərindəki 50 hektardan çox torpaq sahəsini qanunsuz olaraq fiziki şəxslərə satıb.
İlkin məlumata görə o dövlətə 500 milyon som zərər vurub.
Şübhəli şəxs Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.
Çoduyev 2019-2020-ci illərdə nazir olub.
Tehsil-press.az