Rusiyada deputat rüşvətə görə saxlanıldı - Video

Rusiyada deputat rüşvətə görə saxlanıldı - Video Rusiyanın Novqorod Vilayət Dumasının millət vəkili Dmitri İqnatov rüşvətxorluqda şübhəli bilinərək saxlanılıb.
Bu barədə məlumatı ölkənin İstintaq Komitəsinin regional bürosu yayıb.
Məlumata əsasən, millət vəkili 2,5 milyon rubl həcmində rüşvət almağa vasitəçilik etməkdə şübhəli bilinir.
Dmitri İqnatov barəsində Rusiyanın Cinayət Məcəlləsinin rüşvət almaqda vasitəçilik etməyə cəhd maddəsi ilə cinayət işi başladılıb.



Tehsil-press.az


Oxşar xəbərlər