“Krokus siti holl”da ölənlərin sayı 99-a çatıb - YENİLƏNİB

“Krokus siti holl”da ölənlərin sayı 99-a çatıb - YENİLƏNİB Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı durmadan artır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

***

Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 70-ə çatıb.

Bu barədə hakimiyyətə yaxın "Shot" teleqram kanalı bildirib.

“İlkin məlumata görə, “Krokus”da terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb”, - kanal nəql edib.

Qeyd olunub ki, tualet, bəslənmə və avadanlıq otaqlarında xeyli meyit tapılıb:

“Xeyli sayda meyit tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda – insanların atəşdən gizləndiyi yerlərdə tapılıb. Çoxları sadəcə tüstüdən boğulub, bədənlərində heç bir xəsarət olmayıb”.

Tehsil-press.az

Oxşar xəbərlər