Tacikistan "Krokus" teraktını törətməkdə ittiham olunan iki nəfərin ölkəni ötən ildən bəri tərk etmədiyini təsdiqləyib.Bununla bağlı ölkənin Daxili İşlər Nazirliyi şübhəli qismində fotoşəkilləri yayımlanan iki Tacikistan vətəndaşının 26 noyabr 2023-cü il tarixdən etibarən ölkədə, yaşayış yerlərində olduqlarını bildirib.
Qeyd edək ki, daha öncə Məhəmmədrəsul Nəsridinov və Rivojidin İsmonovun teraktı törədənlər siyahısında yer aldığı iddia olunub.
Tehsil-press.az










