Tacikistan sərhədçiləri döyüş hazırlığı vəziyyətinə gətirilidi

Tacikistan sərhədçiləri döyüş hazırlığı vəziyyətinə gətirilidi Əfqanıstanın şimal əyalətində - Tacikistanla həmsərhəd Kunduz şəhəri uğrunda gedən döyüşlərlə əlaqədar tacik sərhədçiləri döyüş hazırlığı vəziyyətinə gətirilib. Tacikistan ordusunun əsgərləri də müdafiə xəttinin arxasında hazırlıq vəziyyətindədir.

Tehsil-press.az bildirir ki, bu haqda Tacikistan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Xəbər agentliklərinin məlumatlarına görə, Kunduz şəhərində nəzarəti ələ almaq üçün Əfqanıstan ordusunun “Taliban” radikal qruplaşmasının terrorçuları ilə döyüşlərində 40-dan çox talibançı öldürülüb.
Xatırladaq ki, ötən il sentyabrın 28-də taliblər Kunduz şəhərini işğal edib, 3 gün sonra isə şəhərdən qaçmağa məcbur olublar.

Tehsil-press.az

Oxşar xəbərlər