Moskva teraktı ilə bağlı yeni açıqlama: "Bu, sübut kimi qəbul edilməlidir"

Moskva teraktı ilə bağlı yeni açıqlama: ABŞ-nin Ukraynaya haqq qazandıran istənilən ifadəsi sübut kimi qəbul edilməlidir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Crocus City Hall”dakı terror aktı ilə bağlı Ağ Evin "Ukrayna bu hadisədə iştirak etməyib" - bəyanatını şərh edərkən deyib.

"Buna misal olaraq, Şimal axınındakı terror aktını göstərə bilərəm. ABŞ öncə Ukraynanın iştirakını qeyd etdi, sonra isə tam əksini ifadə etdi. Ona görə də “Crocus City Hall”dakı terror aktı ilə bağlı da son nəticəni gözləməliyik. Həmin vaxta qədər isə Vaşinqtonun Kiyevə haqq qazandıran istənilən ifadəsi sübut kimi qəbul edilməlidir”, - Zaxarova bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər