ABŞ “Crocus City Hall”da törədilən terror aktının arxasında İŞİD-in dayandığı barədə məlumatı təsdiqləyib.
Bu barədə “The New York Times” yazıb. Nəşr yazır ki, mart ayında ABŞ İŞİD terrorçularının Rusiyada terror aktı planlaşdırdığına dair kəşfiyyat məlumatları əldə edib.
“Soufan Group” təhlükəsizlik konsaltinq firmasının terrorla mübarizə üzrə analitiki Kolin Klarke deyib ki, İŞİD-in Əfqanıstandakı qolu son iki il ərzində Rusiyaya “sızdırılıb”.
Terror qruplaşmasının tərəfdarları Rusiyanın Çeçenistan, Suriya və Əfqanıstanda apardığı müharibələrə istinad edərək, Putinin əlində müsəlmanların qanının olduğunun təbliğatını aparıblar.
Nəşr onu da bildirir ki, ABŞ Rusiyada terror aktları təhlükəsi barədə martın 7-də təkcə açıq şəkildə deyil, həm də özəl olaraq Rusiya rəsmilərinə məlumat verib.
Tehsil-press.az