
Bu sözləri rusiyalı politoloq İqor Korotçenko Paşinyan, Blinken və Leyenin 5 apreldə gözlənilən Brüssel görüşü ilə bağlı qeyd edib.
“Ən azı belə bir xəbərdarlıq Ermənistana çox əvvəldən, bir neçə il öncədən edilməli idi, indi yox. Görünür, qatar artıq yola düşüb və Nikol Paşinyan, deyəsən, bütün siyasi seçimini edib.
Xəbərdarlıq əvəzinə biz büdcənin məşhur personajlarının Rusiya media məkanında və televiziyalarında “əsrlik dostluq” və “erməni xalqının müdrikliyi” ilə bağlı çoxsaylı rituallarını, Paşinyanın ünvanına küsmələr, ictimai söyüşlər eşitdik. Eləcə də Paşinyanı “devirmək” niyyətində olan, lakin reallıqda yalnız öz müxalif fəaliyyətlərinin şəxsi monetizasiyası (məlum sxemlərə görə) ilə məşğul olan erməni siyasi çılğınların İrəvanda küçə rəqslərini gördük.
İndi hadisələr həddindən artıq sürətlənir və yalnız gələcəkdə necə və nə olacağını təxmin etmək olar. Proqnoz mənfidir”, – o bildirib.(Ölkə.az)
Tehsil-press.az