Qapını Ukraynaya bağladılar - “Ancaq müharibə bitdikdən sonra...”

Qapını Ukraynaya bağladılar - “Ancaq müharibə bitdikdən sonra...” Ukrayna yalnız Rusiya ilə müharibə başa çatdıqdan sonra NATO-ya üzv ola bilər.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Onun sözlərinə görə, Ukraynanın alyansa üzvlüyü irəliyə doğru gedən prosesdir.

Ukraynanın NATO-ya qəbulu üçün vaxt cədvəli ilə bağlı müzakirənin olub-olmadığı soruşulduqda Miller belə cavab verib: “Cədvəlin təsdiqi istiqamətində heç nə dəyişməyib. Bu, hələ də müharibənin bitməsindən asılıdır”.

ABŞ Dövlət Departamentinin sözçüsü hesab edir ki, bu, münaqişə bitdikdən sonra davam edəcək bir prosesdir.

O, xatırladıb ki, Vaşinqton məsələyə yönəlik mövqeyini bildirib və bu, dəyişməz qalır.

Tehsil-press.az

Oxşar xəbərlər