Son 22 il ərzində 17 seçkinin hər birində qalib olduq - Ərdoğan

Son 22 il ərzində 17 seçkinin hər birində qalib olduq - Ərdoğan Ramazan bayramı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədəki bəzi siyasi partiyaların rəhbərləri ilə telefon danışıqları olub.

Partiya rəhbərləri qarşılıqlı bayram təbriklərini çatdırıblar.

Bu gün AKP üzvlərinə də müraciətlə səslənən Türkiyə Prezidenti martın 31-də keçirilmiş özünüidarə orqanlarına seçkiləri dəyərləndirdiyini deyib.

AKP və Cümhur İttifaqının hazırkı dövrdən daha da güclənərək çıxacaqlarını ifadə edən Prezident Ərdoğan siyasi fəaliyyətlərini eyni şəkildə davam etdirəcəklərini və seçkilərin nəticələrini təhlil etdiklərini deyib.

Rəqabət səviyyəsi yüksək bir seçkidən xalq olaraq alnıaçıq çıxdıqlarını vurğulayan Ərdoğan seçkinin nəticələrinin xalqa və dövlətə xeyirli olmasını diləyərək qaliblərə uğurlar arzulayıb.

Hər partiyada olduğu kimi AKP-də seçkinin nəticələrini dəyərləndirdiyini qeyd edən Türkiyə Prezidenti yaranmasından sadəcə 15 ay sonra millətin rəğbətini qazanan AKP son 22 il ərzində ölkədə keçirilən 17 seçkinin hər birindən birinciliklə ayrıldığını vurğulayıb.

Şəhidləri rəhmətlə yad edən Türkiyə Prezidenti bütün İslam dünyasının bayramını təbrik edib.

Tehsil-press.az

Oxşar xəbərlər