Nastya ordunu gözdən salmaqda ittiham olunur

Nastya ordunu gözdən salmaqda ittiham olunur Rusiyalı aparıcı-aktrisa Nastya İvleevaya ordunu gözdən saldığına görə inzibati iş açılıb.

Bu barədə Moskva Şəhər Məhkəməsinin işlərinin materiallarında qeyd olunub.

Teleaparıcıya qarşı İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinin 1-ci hissəsi ilə protokol Rusiya Daxili İşlər Nazirliyinin Moskvanın Tverskoy rayonu üzrə İdarəsi tərəfindən tərtib edilib. İş ötən gün baxılması üçün hakimə verilib.

Hələlik iş üzrə dinləmələr təyin edilməyib.

Bu maddəyə əsasən, İvleeva 30 min rubldan 50 min rubla qədər cərimə ilə üzləşəcək.

Tehsil-press.az

Oxşar xəbərlər