
- Antiseptikdir. Mikrobları öldürür.
- Ağrı kəsicidir. Baş və diş ağrılarını aradan qaldırır.
- Diş və diş əti xəstəliklərinin müalicəsində kömək edir.
- İştahanı açır.
- İmmuniteti artırır.
- Ürəyi möhkəmləndirir.
- Qaraciyər üçün faydalıdır.
- Həzmi asanlaşdırır. Həzm sisteminin fəaliyyətini artırır.
- Dəri xəstəliklərinə qarşı faydalıdır.
- Yorğunluğu aradan qaldırır.
- Yaddaşı möhkəmləndirir.
- Soyuqdəyməyə qarşı faydalıdır.
- Görmə qabiliyyətini artırır.
- Öskürəyi kəsir.
- Temperaturu aşağı salır.
- İshalı kəsir.
- Bağırsaq qurdlarını salır.
- Doğumu asanlaşdırır.
- Yuxusuzluğu aradan qaldırır.
- Ağız qoxusuna qarşı faydalıdır.
- Ağız yaraları və iltihabları sağaldır.
- Beyin üçün faydalıdır.
- Mixək yağı göbələk xəstəliklərinin müalicəsinə kömək edir.
Xalq təbabətində mixək çox geniş istifadə olunur.
Bəzi xalq təbabəti reseptlərini sizə təqdim edirik.
- 200 ml süd qaynama dərəcəsinə çatana qədər qızdırılır, içərisinə üyüdülüb toz halına salınmış 5 ədəd mixək əlavə edilərək zəif ocaqda 3-5 dəqiqə dəmlənir. Angina və güclü hıçqırıqlar zamanı isti halda ağızda saxlanaraq içilir.
- 100 ml suyun üzərinə 1 xörək qaşığı mixək əlavə edilir, zəif ocaqda qaynayana qədər saxlanır, soyudulur, süzülür və və ağzı bağlı şüşə qabda soyuducuda saxlanır. Saçların dibinə çəkilir, 2 saatdan sonra adi qayda ilə yuyulur. Tez bir zamanda tökülmüş saçların yerində kiçik saçlar çıxdığını görəcəksiniz.
- 1 çay qaşığı balın üzərinə 1 çimdik mixək tozu əlavə edilərək qarışdırılır. Soyuqdəymə və öskürək zamanı səhər və axşam qəbul edilir.Öskürəyi bıçaq kimi kəsir!
Tehsil-press.az