
Modern.az məsələni dəqiqləşdirmək üçün universitetlə əlaqə saxlayıb.
UFAZ-dan verilən açıqlamada bildirilir ki, UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərir və hazırda öz işini davam etdirir.
"Növbəti tədris ili üçün həmişəki qaydada yeni tələbələrin qəbulu həyata keçiriləcək. Qeyd edək ki, bu il bakalavr səviyyəsi üzrə "Kimya" proqramı, magistratura səviyyəsi üzrə isə "Su ehtiyatlarının idarəedilməsi" proqramı yeni açılıb və həmin proqramlara da tələbələrin qəbulu nəzərdə tutulur", - açıqlamada deyilir.
Məlumata görə, universitet üçün aşağıdakı ixtisaslara tələbə qəbulu elan ediləcək:
Bakalavr pilləsində:
Kompüter elmləri – 60 yer
Kimya – 40
Kimya mühəndisliyi – 30
Geologiya və Geofizika mühəndisliyi – 30
Neft-Qaz mühəndisliyi – 30
Magistratura pilləsində:
Fiziki Kimya/Kimya Mühəndisliyi - 25
Data Elmi və Süni İntellekt - 40
Yer Elmləri - 30
Su Ehtiyatlarının İdarəedilməsi - 15
Qeyd edək ki, aprel ayında Bakı Fransız Liseyi yeni tədris ilindən fəaliyyətini dayandıracağını elan edib. Kommersiya problemləri səbəblərindən liseyin yeni tədris ilindən etibarən fəaliyyətini dayandırması barədə qərar qəbul edilib.
UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Strasburq Universitetinin (Unistra) rəhbərliyi altında həyata keçirilən birgə layihədir. Universitetin əsası 2016-cı ildə qoyulub.
Tehsil-press.az