Azərbaycan-Fransız Universitetinin 2020/2021-ci tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanının nəticələri açıqlanıb

Azərbaycan-Fransız Universitetinin 2020/2021-ci tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanının nəticələri açıqlanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) əsas binasında ənənəvi qaydada keçirilən 2020/2021-ci tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanının nəticələri açıqlanıb.
İmtahan nəticələri ilə universitetin rəsmi saytında yerləşdirilmiş keçidə daxil olaraq tanış olmaq olar. Bununla yanaşı, nəticələr tələbələrin şəxsi kabinetlərində də yerləşdirilib.
Apelyasiya şikayətlərinə sentyabrın 14-də baxılacaq.
Qeyd edək ki, UFAZ-a qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə ya dövlət (120 yer), ya da ödənişli əsaslarla (40 yer) yerlər təklif olunur. UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir.
UFAZ daxili imtahanında uğurlu nəticə əldə etməyən abituriyentlər DİM kodlaşdırmasında iştirak edərək digər universitetlərə və ixtisaslara müraciət edə bilərlər. Bu hal UFAZ-a qəbul olan, lakin qeydiyyatdan keçməkdən imtina edən abituriyentlərə də aiddir. İmtahandan uğurla keçərək qeydiyyatını təsdiq edən abituriyentlər DİM kodlaşdırmasında iştirak etmək hüququnu itirir.

Tehsil-press.az

Oxşar xəbərlər