UFAZ-ın 9 məzunu Fransada doktorantura təhsili alır

UFAZ-ın 9 məzunu Fransada doktorantura təhsili alır Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 9 məzunu Strasburq Universiteti və Fransanın digər universitetlərində doktorantura səviyyəsində təhsil alır.
Bu barədə müsahibəsində UFAZ-ın Beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Kamil Piriyev məlumat verib. K.Piriyev həmin doktorantların Fransada süni intellekt, kimya mühəndisliyi, kompüter elmləri, yer elmləri və digər ixtisaslar üzrə təhsil aldıqlarını deyib.
Departament müdiri qeyd edib ki, UFAZ-da dörd ixtisas - geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Təhsilin inkişafı istiqamətində universitetdə müxtəlif layihələr və proqramlar reallaşdırılır.

Tehsil-press.az



Oxşar xəbərlər