IV qrupun lideri olan Nəzrin

IV qrupun lideri olan Nəzrin Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Əhmədova Nəzrin Ramil qızı göstərib.

O, imtahanın birinci mərhələsində 300.0 bal toplamışdı. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697.0 bal) ona məxsusdur.

Nəzrin V.Veysəlov adına Gəncə şəhər 30 saylı məktəbin məzunudur.

Tehsil-press.az

Oxşar xəbərlər