Ali məktəblərə ixtisas seçimi davam edir. Saat 10.30-a olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 10732, II ixtisas qrupu üzrə 7981, III ixtisas qrupu üzrə 9240, IV ixtisas qrupu üzrə 2765 nəfər ərizəsini təsdiq edib.I ixtisas qrupu rus bölməsi üzrə 1072, II ixtisas qrupu üzrə 863, III ixtisas qrupu üzrə 745, IV ixtisas qrupu üzrə isə 276 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 2257 nəfərdir.
Ümumilikdə 5 ixtisas qrupu üzrə 35765 nəfər ərizəsini təsdiq edib.
Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.
Tehsil-press.az














