Aprelin əvvəlində cəbhə xəttində baş verən hadisələr zamanı Azərbaycan bir neçə əsas məqsədinə çatdı.
Tehsil-press.az-ın məlumatına görə, bunu "Baku Network" ekspert qrupunun aprelin əvvəlində cəbhə xəttindəki hadisələrdən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış yeni siyasi vəziyyətə və aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş növbəti müzakirələrində siyasi ekspert Sahil İsgəndərov deyib.
S.İsgəndərov bildirib ki, Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verdi və öz gücünü göstərdi: "Azərbaycan Ordusu bir neçə strateji yüksəkliyi düşməndən azad etdi. Məhz bundan sonra münaqişənin diplomatik müstəvidə həllində yeni bir reallıq yarandı. Azərbaycan göstərdi ki, rəsmi Bakının verdiyi bəyanatlar sadəcə söz xətrinə verilən bəyanatlar deyil".
Ekspert qeyd edib ki, bu hadisələr zamanı Ermənistan həm döyüş meydanında, həm də diplomatik meydanda təkləndi: "Elə bir nüfuzlu təşkilat qalmadı ki, birmənalı şəkildə Ermənistanın hərəkətini pisləməsin".
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna gəlincə isə S.İsgəndərov deyib ki, Azərbaycan artıq mötəbər beynəlxalq tədbirlərin mərkəzinə çevrilib: "Artıq dünya Azərbaycanla hesablaşır. Bu, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir. Avropada dedilər ki, multikulturalizm iflasa uğrayıb, amma Azərbaycan dünyaya multikulturalizmin yaşadığının ən bariz nümunəsini göstərdi".
tehsil-press.az