Azərbaycanın, Rusiyanın və Avropanın çempionu Nurullayev Yusif

Azərbaycanın, Rusiyanın və Avropanın çempionu Nurullayev Yusif Bu günlərdə tanınmış iş adamı və xeyriyyəçi Hidayət Heydərov Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının üzvü, bodibildinq üzrə dəfələrlə Azərbaycanın, Rusiyanın və Avropanın mütləq çempionu olmuş Nurullayev Yusif Qabil oğlunu qəbul etmişdir.

Görüşdə Hidayət Heydərov, yüksək vətənpərvərlik nümunəsi nümayiş etdirərək qazandığı qələbələrin fonunda Azərbaycanın bayrağını yüksəklərdə dalğalandıran idmançıya öz adından və rəhbərlik etdiyi Şirkətin kollektivi adından dərin minnətdarlığını bildirmişdir.

Yusif Nurullayev ona göstərilən qayğıya və isti münasibətə görə Hidayət Heydərova təşəkkürünü bildirmiş, belə görüşlərin özü üçün gələcəkdə qazanılacaq qələbələr adına əhəmiyyətli motivasiya mənbəyi olduğunu vurğulamışdır.

Xatırladaq ki, “Çempionlar müəllifi” titulu qazanan bodibildinq ustasının onlarla yetirməsi avropa çempionatlarında çempion adına layiq görülərək, ölkəmizə qızıl medallar gətirmişlər.

Azərbaycanın, Rusiyanın və Avropanın çempionu Nurullayev Yusif

Tehsil-press.az

Oxşar xəbərlər