MSK YAP-la bağlı qərar verdi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.
Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
İclasda YAP-ın 77 səlahiyyətli nümayəndələri və 1 maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qeydə alınıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib./APA/
Tehsil-press.az
- Baxış: 1128
Xəbərin tarixi: 08.07.2024 / 20:09
-
Oxşar xəbərlər