
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” iş materiallarına istinadən məlumat yayıb.
Materiallara görə, İvanov əməllərində cinayətin olmadığını deyib və bunu “vətəndaş münasibətlərinin nəticəsi” adlandırıb.
Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (19 000 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçmişdi. İyun ayında isə həbs müddəti 3 ay daha uzadılıb.
İttiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.
Tehsil-press.az