Röya konsertdən öncə jurnalistlərin suallarına cavab verib.
"Mən 2005-ci ildə Heydər Əliyev Sarayında başladım. Biz ilk dəfə burada səhnələr quranda dedilər nə danışırsınız? Burada körpü tikmək olmaz. Biz onu da etdik.Sonra ən böyük arzum ötənilki konserti vermək oldu, bu da möhtəşəm şəkildə baş tutdu. Biz o robotu Bakıya gətirdik, çox bahalı idi. Bütün dünyadakı ulduzları da gördünüz. Hamı biz yaşadığımızı yaşadı. Bütün şouları yaşadım",-deyə bildirib.
Xalq artisti onu da bildirib ki, bu dəfə konsertində yeni sürpriz olacaq:
"Bu səfər mənim üçün sadəcə bir sürpriz var o da doğma qardaşım İsmayılın mənə yazdığı mahnısıdır. Bu mahnıya da qiymət qoymuşam, bütün pillələrdə ilk olacaq, radiolarda çox dinləniləcək. Bu gün həmkarım Murad Ariflə də olan mahımız var. O biraz ağır mahnıdır, lakin İsmayılın mahnısı daha enerjili olacaq. Bu gün yeni iki mahnı səslənəcək".
İfaçı açıqlaması zamanı həyatda bəzi çətinliklər yaşadığını, lakin bunun onun sənət həyatına heç bir təsir göstərmədiyini açıqlayıb:
"Həyatda yaşadığım bütün olaylarda yıxılıb qalxmışam, amma sənətdə bunu yaşamadım və heç bir sənət dostuma da bunu arzulamıram. Yaxşı ki, bu həyatı belə yaşamışam. Bütün sənət dostlarımla dostluq edirəm, hamısı ilə də əlaqəm yaxşıdır".
Xalq artisti Röya Ayxanın səhnə fəaliyyətinin 25 illiyinə həsr olunmuş solo konsertinin ilk günü Heydər Əliyev Sarayında böyük uğurla baş tutub.
“Pop kraliça” konsertdə iki yeni mahnı təqdim edib. Onlardan biri qardaşı İsmayıl Nəcəfovun “Günahkar Kimdir”, digəri isə Murad Arifin “Ayrılan adamlar” mahnıları gecəyə xüsusi rəng qatıb.
Gecə “Gizli sevgi” mahnısı ilə açılıb. Röya səhnəyə xüsusi brendlərdən hazırlanmış, qaşlarla bəzədilmiş qara libasda çıxaraq tamaşaçıların alqışını qazanıb. Gecə ərzində iki fərqli səhnə obrazında çıxış edən sənətçinin saç və makiyajını Elnur Həsənov hazırlayıb.
Tehsil-press.az









