“Biz kilsəni bərpa etdik, onlar məscidləri dağıtdı” - İlham Əliyev

“Biz kilsəni bərpa etdik, onlar məscidləri dağıtdı” - İlham Əliyev Xəbər verdiyimiz kimi, Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilir.

Tehsil-press.az-ın tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edir. Foruma, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Malta Prezidenti Mariya Luiza Koleyro, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Belarus Respublikası Milli Məclisinin sədri Mixayil Myasnikoviç, Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jormart Tokayev və digər yüksək vəzifəli şəxslər qatılıblar.
Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev çıxış edib:
Azərbaycan əsrlər boyu mədəniyyətlərin kəsişməsində yerləşir. Əsrlər boyu mədəniyyət və dillər Azərbaycanda lazımı səviyyədə inkişaf edib. Dini tolerantlıq, multikulturalizm hər zaman inkişaf edib. Öz tariximizlə fərəhlənirik. Ən qədim məscidlərdən biri Şamaxıda yerləşir. Qədim Alban kilsələri də məhz Azərbaycandadır. Əsrlər boyu bu zənginlikləri siyasi və sosial problemlərə baxmayaraq qoruyub saxlamışıq.
Əfsuslar olsun ki, bəzi tendensiyaları bizim regionda yaxın Şərqdə görürük. Onun üçün toplaşmışıq ki, sülh, qarşılıqlı həmrəyliyə töhfə verək. Azərbaycan nadir ölkələrdəndir ki, Avropa Şurası ölkələri və islam əməkdaşlıq ölkələri nümayəndələrini Bakıya toplayıb.
Ötən il Avropa Oyunları oldu, gələn il isə İslam Oyunları keçiriləcək. Bu forumun keçirilməsi multikulturalizmə dəstək verir. Bütün dünya da buna dəstək verir. Multikulturalizm dövlət siyasətimiz və həyat tərzimizdir. Azərbaycanda bütün azadlıqlar təmin edilir. Mətbuat azadlığı, sərbəst toplaşmaq, dini, söz azadlığı təmin edilir.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqları işğal edildi. Bunun nəticəsində 1 milyondan çox qaçqınımız var. Baxın, görün, biz Bakıda erməni kilsəsini bərpa etmişik. Lakin bizim işğal olunan ərazilərdə məscidlərimiz dağıdılıb.
Biz dünyada ən yoxsul ölkələrdən biri idik, düzdür müəyyən qədər yardımlar alırdıq. İşğala baxmayaraq, ölkəmiz inkişaf edir. Biz yoxsulluğu 50 faizdən 5 faizə qədər azaltdıq. İşsizliyi də 5 faizə qədər azaltdıq. Vətəndaşlar təhsillə 100 faiz təmin edilir. Uşaq ölümləri azalıb, ölkədə gender bərabərliyi təmin edilir. Neftin qiymətinin düşməsi iqtisadiyyata o qədər de təsir etməyib. Biz neft-qazdan asılığı azaltmağa çalışırıq.

“Biz kilsəni bərpa etdik, onlar məscidləri dağıtdı” - İlham Əliyev

“Biz kilsəni bərpa etdik, onlar məscidləri dağıtdı” - İlham Əliyev


tehsil-press.az

Oxşar xəbərlər