
Bu barədə "Baku TV"dən xəbər veribler.
Atasının sözlərinə görə, Fərid 10 gün əvvəl evə gəlibmiş və hər şey qaydasında olub.
Dayısı Elxan Əhmədov bildirib ki, Fərid 17 ildir hərbi xidmətdə olub:
"44 günlük Vətən müharibəsində də iştirak edib. Ailəli idi, iki azyaşlı övladı var. Bir həftə öncə əlaqə saxladıq, dedi "hər şey qaydasındadır, avqustun 2-də Bakıya gələcəyəm".
Qeyd edək ki, Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları - kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib.
Tehsil-press.az