Rəsmi olmayan bilet satışı ifşa olundu — SAXLANILANLAR VAR

Rəsmi olmayan bilet satışı ifşa olundu — SAXLANILANLAR VAR Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ”–“Ayaks” futbol oyununun biletlərinin qeyri-qanuni onlayn satışına qarşı növbəti əməliyyat-texniki tədbir keçirib.

Bu barədə DİN məlumat yayıb.

Biletləri əvvəlcədən onlayn qaydada və satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkələrdə müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Şahin Məmmədov və Hüseyn Quliyev saxlanılıblar. Həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.

Bir daha idman yarışlarını stadionda izləmək istəyən vətəndaşlara biletləri yalnız rəsmi satış nöqtələri, eləcə də onlayn qaydada QR və ya elektron bilet sifarişi verməklə əldə etməyi tövsiyə edirik.

Qeyd edək ki, sosial şəbəkələrdə saxta bilet satışı ilə bağlı dələduzluq halları ilə üzləşən şəxslər bu barədə polisə məlumat verə bilərlər.



Tehsil-press.az

Oxşar xəbərlər