Nazirliyin vəzifəli şəxsi vəfat etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini olmuş Şəmsəddin Ədilov vəfat edib.
Bu barədə onun yaxınları məlumat veriblər.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Ş.Ədilov uzun müddət Şəki, Qax rayonları üzrə baş meşəbəyi vəzifəsində çalışıb.
Tehsil-press.az
- Baxış: 126
Xəbərin tarixi: 10.12.2025 / 10:55
-
Oxşar xəbərlər