Yardımlı rayonundan olan bir qrup vətəndaş şikayət edir.Bu barədə rayonun Şıxlar kəndindən olan bir qrup şəxs müraciət edib.
Şikayətçilərin narazı olduqları məqam rayonun M.T.Zamanov adına Şıxlar kənd tam orta məktəbinin 10-cu sinfinin bağlanması və şagirdlərin çıxılmaz durumda qalması ilə bağlıdır.
Sözügedən məktəbin 10-cu sinfi bağlandığından valideynlər məcbur qalıb uşaqlarını uzaqda yerləşən qonşu Azər Məmmədov adına Çanaqbulaq kənd tam orta məktəbinə yerləşdirdilər.
Valideynlər - Rəfiyev Möhübbət,Əsgərov Nəsib,Kamilov Əlif,Yaqubov Fərasim,Bağışov Nəsimi və şagirdlər Rəfili İsmayıl,Əsgərli Mikayıl,Kamilov Rihad,Yaqublu Fərasim,Bağışova Safra müraciətlərində Yardımlı rayon,Şıxlar kənd M.T.Zamanov adına tam orta məktəbinin 10-cu sinfi açılmasını istəyiblər.
"Çünki, Çanaqbulaq məktəbi çox uzaqdır,yollarımız yoxdur,payız-qış aylarıdı,kənd yerindəyik.Kasıb ailələrik,övladlarımızı oxudub yaxşı gün görmək istəyirik,amma rahat şəkildə, 2 saata yaxın yolda vaxt itirməklə yox,palçığa bataraq yol qət etməklə yox.Bütün bu şəraitlərimiz nəzərə alınsa Şıxlar məktəbinin 10-cu sinfi bərpa olar ki,övladlarımız rahat şəkildə təhsil alar.Mətbuat vasitəsi ilə nazir Emin Əmrullayevə müraciət edirik,səsimizi eşitsin və bizə kömək etsin",-deyə narazı valideynlər bildiriblər.
Şikayətçilərin dediklərinə görə,Elm və Təhsil Nazirliyinə,Regional idarəyə,aidiyyatı qurumlara, dəfələrlə şikayət etsələr də müsbət cavab ala bilməyiblər.
Qeyd edək ki,sözügedən məktəbin 10-cu sinfində cəmi 4 nəfər şagird təhsil alır.Bu isə sinfin bağlanmasına səbəb olub.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Tehsil-press.az










.jpg)
