Təlimdə iştirakçılar beynəlxalq və daxili hüquqlar arasındakı fərqləri müzakirə edərək, onların dövlətlərin, vətəndaşların və cəmiyyətin hüquqlarının qorunmasındakı rolu barədə məlumat əldə ediblər.
Daha sonra iştirakçılar üçün Quba Soyqırım Memorial Kompleksinə ekskursiya təşkil olunub. İştirakçılar burada 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən Qubada və ətraf ərazilərdə törədilmiş soyqırım hadisələri, kütləvi məzarlıqlar və memorial kompleksdə sərgilənən tarixi eksponatlar haqqında məlumatlandırılıblar.
Layihənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı könüllülərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında könüllülərin fəallığının təşviq olunmasıdır.
Tehsil-press.az






