
Bu barədə Küveytin “Al Ceride” qəzeti məlumat yayıb.
Xəbərdə ABŞ rəsmilərinin Ankaradan gizli şəkildə İrana gedərək “İsrailə hücum edib Netanyahunun hiyləsinə düşməyin” xəbərdarlığı etdikləri bəyan edilib.
2 saat davam edən kritik görüşdə rəsmilər İranın İsrailə hücum edəcəyi təqdirdə ABŞ-ın İsrailin yanında olacağını və onun müdafiəsinə dəstək verəcəklərini bildiriblər. Həmçinin ABŞ-ın böyük müharibə istəmədiyi vurğulanıb.
Görüşdə ABŞ nümayəndə heyəti İrandakı bəzi Mossad agentlərinin siyahısını xoşməramlılıq əlaməti olaraq İrana verib: "Biz anlayırıq ki, siz prestij üçün hücum edirsiniz. Amma böyütməyin. Əgər birlikdə nüvə razılaşması əldə etsək, Netanyahuya ən böyük zərbəni vurmuş olarsınız”./Publika.az
Tehsil-press.az