
Titul.az xəbər verir ki, ağır qəzaya düşən kişini ailəsi tərk edib.
Bu barədə Fidan Cəfərovanın aparıcısı olduğu "Yeraltı" verlişində metroda mikrafon uzadılan bir kişi danışıb. O başına gələn tükürpədici hadisəni kamera qarşısında danışıb.
Təxminən 55-60 yaşlarında olan şəxs bildirib ki, 30 illik həyat yoldaşı onu bilmədiyi səbəbdən tərk edib:
"Bir qəzaya düşdüm. Maşın da əzildi, özüm də. Bu hadisədən 4 gün sonra həyat yoldaşım məni qoyub tərk etdi. Oğlum da onunla bir yerdə. Heç o günbu gün axtarıb soruşmurda ki, ata necəsən. Belə sevgi olur? Səbəbsiz yerə... Bu günə kimi niyə getdiklərini anlaya bilmirəm. Bir səbəb yox idi".
Tehsil-press.az