Putinin sevimli admiralı həbs edildi

Putinin sevimli admiralı həbs edildi Ukraynanın paytaxtı Kiyevdə Peçera məhkəməsi Rusiya Qara dəniz donanmasının komandanı admiral Aleksandr Vitko barədə həbs qərarı qəbul edib.

Bu barədə Ukrayna prokurorluğu məlumat yayıb. Məlumata görə, Vitko “Ukrayna sərhədlərini dəyişdirməklə bağlı təxribatlar”, “Separatçı çıxışlar” və “Hərbi obyektlərə təhlükə yaradacaq iğtişaşların törədilməsi” maddələri ilə təqsirli bilinərək həbs edilib. Admiralın məhkəmədə iştirak etmədiyi də bildirilib. Qeyd edək ki, Aleksandr Vitko Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən referendumda fəal iştirak etmişdi. Admiral həmçinin Avropa Birliyinin sanksiya siyahısında adı olan şəxslərdən biridir.

tehsil-press.az

Oxşar xəbərlər