DGKA-nın tələbəsi VII Robot Olimpiadasında respublika birincisi olub

DGKA-nın tələbəsi VII Robot Olimpiadasında respublika birincisi olub Dövlət Gömrük Komitəsinin Akademiyasının İnformasiya Texnologiyaları ixtisasının II kurs tələbəsi Mirməhəmməd Mənsimov Bakıda keçirilən VII Respublika Robot Olimpiadasının final mərhələsində qalib gələrək qızıl medal qazanıb.

Gənclər və İdman Nazirliyinin, Dünya Robot Olimpiadası Assosiasiyasının və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə ümummilikdə 165 komanda arasında baş tutan yarışda “Future İnnovators Senior” kategoriyasında Mirməhəmməd Mənsimovun da üzvü olduğu komandanın irəli sürdüyü, hibrid və elektrik avtomobillər üçün hazırlanan “RegenTire” layihəsi qalib gələrək I yerə layiq görülüb.

Bu münasibətlə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qalib tələbə ilə görüşərək qazandığı qələbəyə görə onu təbrik edib və uğurlarının davamlı olmasını arzu edib.

Qeyd edək ki, VII Robot Olimpiadasında qalib olmuş komandalar cari ilin noyabr ayının 28-30-da Türkiyənin İzmir şəhərində keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər