
Tehsil-press.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan Milli Statistika Xidməti hesabat yayıb. Hesabata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə birinci rübdə Rusiyadan Ermənistana idxalın həcmi 2,2 dəfə artaraq 67,7 mln. ABŞ dolları təşkil edib. Ermənistanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsində 3,2% azalma müşahidə olunub. Ermənistanın xarici ticarətinin ümumi strukturunda Rusiyanın payı 24,7%-dək azalıb. Hesabat dövründə İrandan Ermənistana mal ixracının həcmi isə 2,9 dəfə artıb.
tehsil-press.az