Bakıda 3 ayın yol qəzaları: 40 ölü, 160 yaralı

Bakıda 3 ayın yol qəzaları: 40 ölü, 160 yaralı 2016-cı ilin 3 ayı ərzində Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisələri azalıb.

Tehsil-press.az-n məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 27,6%, həlak olanların sayı 46,7%, xəsarət alanların sayı 27,3% azalıb. Paytaxt ərazisində baş vermiş 123 (170) yol-nəqliyyat hadisəsində 40 (75) nəfər həlak olub, 160 (220) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

tehsil-press.az

Oxşar xəbərlər