Məşhur maliyyə dərgisi “Forbs” ABŞ-da yaşayan milyarderlərin yeni reytinq cədvəlinin göstəricilərini yayıb.
"Ölkə.az" xəbər verir ki, elektrikli avtomobil istehsalçısı “Tesla”nın və “SpaceX” kosmik şirkətinin qurucusu İlon Mask üçüncü ildir ki, “Forbs” jurnalının versiyasına görə, ən varlı amerikalılar siyahısına başçılıq edir.
Nəşr qeyd edir ki, hazırda İlon Maskın sərvəti 244 milyard dollarla qiymətləndiriliriir və o dünyanın ən varlı insanıdır.
Qeyd edilir ki, “Tesla” səhmlərinin qiymətinin dəyişkənliyi səbəbindən 7 milyard dollar itirməsinə baxmayaraq, Mask ən yaxın rəqibi, sərvəti 197 milyard dollar dəyərində qiymətləndirilən “Amazon”un qurucusu Ceff Bezosu 47 milyard dollar qabaqlayır. “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqin sərvəti 181 milyard dollar civarındadır.
Ümumilikdə jurnal ABŞ-ın ən varlı adamları siyahısına 400 nəfəri daxil edib, onların ümumi sərvəti 5,4 trilyon dollardır.
2024-cü ildə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bu siyahıya qayıdıb; jurnal onun sərvətinin 4,3 milyard dollar olduğunu yazır.(musavat.com)
Tehsil-press.az