
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə Balaşixa şəhər məhkəməsində hökm oxunub. Tambiyev ciddi rejimli həbsxanaya göndərilib və mayor rütbəsindən məhrum edilib. Azadlığa çıxandan sonra keçmiş müstəntiqə 12 il rəhbər vəzifə tutmaq qadağan edilib.
Marat Tambiyevin tabeliyində olan keçmiş müstəntiq Kristina Lyaxovenko da həmçinin rüşvət almaqda, vəzifə səlahiyyətlərini aşmaqda və cinayət işi üzrə sübutları saxtalaşdırmaqda təqsirli bilinərək 9 il müddətinə məhkum edilib. Məhkəmə onu da ədliyyə baş leytenantı rütbəsindən məhrum edib.
Müstəntiqlərin sözlərinə görə, 2020-ci ildən 2022-ci ilə qədər Marat Tambiyev "Infraud Organization" haker qrupunun üzvlərindən müxtəlif qərarlar, o cümlədən cinayət işlərinə görə pul alıb.
Tehsil-press.az