Məktəblərdə istilik sistemi bu tarixdən veriləcək - AÇIQLAMA

Məktəblərdə istilik sistemi bu tarixdən veriləcək - AÇIQLAMA Azərbaycanda artıq havalar soyumağa başlayıb. Bu isə əhalini istilik sisteminin nə vaxt veriləcəyi ilə bağlı düşündürür. Bu, əsasəndə, övladlarını məktəbə yola salan valideyinləri narahat edən məsələlərdəndir.

Sözügedən məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı danışdı.

O, açıqlamasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 5 sentyabr 2023-cü il tarixində qəbul edilmiş qərarına əsasən "Azəristiliktəchizat" ASC-nin balansında olan qazanxanalar 15 noyabr tarixindən işə salınacağını bildirdi:

"Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 5 sentyabr 2023-cü il tarixində qəbul edilmiş istilik enerjisindən istifadə qaydaları haqqında qərara əsasən, 15 noyabr tarixində Azərbaycan Respublikasında istilik mövsümü başlayır və aprelin 15-də yekunlaşır. Azərbaycanın 14 dağlıq və dağətəyi rayonunda isə istilik mövsümü noyabrın 1-i başlayır, mayın 1-i isə yekunlaşır. "Azəristiliktəchizat" ASC-də həmin qərara əsasən balansında olan qazanxanaları müvafiq olaraq bu tarixdə işə salınır. Əgər havanın temperaturu noyabırın 15-dən əvvəl 5 gün ardıcıl 8 dərcədən aşağı olarsa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin növbəti günlər üçün proqnozları da nəzərə alınmaqla qazanxanalar işə salına bilər"./Sonxeber.az/

Tehsil-press.az

Oxşar xəbərlər