
AzTU-nun bir tələbəsi isə daha böyük uğura imza atıb. Marafonçu Əsgər Bəylərov 21 km məsafəni cəmi 90 dəqiqəyə qətt edərək “Bakı Marafonu 2016”nın ilk "10-luq"unda qərarlaşıb. Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinin II kurs tələbəsi olan Əsgər Bəylərov göstərdiyi nəticəyə görə “Bakı Marafonu 2016” nın medalına layiq görülüb.
Qeyd edək ki, “Bakı Marafonu 2016” Dövlət Bayraq Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 km məsafəni əhatə edib. İştirakçılar arasında tanınmış ictimai-siyasi xadimlər və idmançılara da rast gəlinib. Yürüşün keçirilməsində məqsəd son illər idman ölkəsinə çevrilən Azərbaycanda sağlam həyat tərzinə dəstək olmaq və ölkəmizə turist cəlb etmək olub.
Tehsil-press.az