Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi

Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Genişmiqyaslı tədbirlə əlaqədar paytaxtda müxtəlif incəsənət layihələri reallaşdırılır.

Tehsil-press.az Oxu.Az-a istinadla xəbər verir ki, bu layihələrdən biri də rəssam Cavidan Rəhmətovun Bakının Suraxanı rayonundakı binaların fasadlarına çəkdiyi murallar (divar rəsmləri - arxitektur tikililərin divarlarında monumental rəsm növü - red.) olub.

Həmçinin İkinci Qarabağ müharibəsinin veteranı olan rəssam gülləri sulayan qızları təsvir edib ki, bu təsvirlər olduqca ahəngdar şəkildə mühitlə və təbiətin mühafizəsi üzrə COP29-un gündəmi ilə uyğunluq təşkil edib.

Layihə Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər