Yeniyetmə idmançı İrana dönməkdən imtina edib

Yeniyetmə idmançı İrana dönməkdən imtina edib İranın stolüstü tennis üzrə yeniyetmələrdən ibarət yığmasının üzvü Baran Arcamand İsveçdən ölkəsinə dönməyib.

Məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, İsveçdə yeniyetmələr arasında stolüstü tennis üzrə dünya çempionatı keçirilib.

Bu yarışda 15 yaşlı iranlı qız da iştirak edib. O, komanda yoldaşları ilə birlikdə İrana qayıtmaq üçün İsveçdən Danimarkaya, oradan Türkiyəyə getməli imiş. Hətta, Baran Arcamand ölkəsinə qaytımaq üçün geri bileti də alınıbmış. Ancaq o, son anda Danimarka polisinə yaxınlaşaraq özünü təqdim edib və İrana qayıtmamasına yardım etmələrini istəyib.

Tehsil-press.az

Oxşar xəbərlər