2025-ci ildə qışın sərt keçəcəyi barədə məlumatlar verilir. Bu proqnozlar müxtəlif beynəlxalq təşkilatlar və mütəxəssislər tərəfindən açıqlanıb. Bəzi təxminlərə görə, 2024-2025 qışında La Nina hadisəsinin təsiri ilə daha soyuq hava şəraiti olacaq. Bu hadisə, əsasən, Şimali Amerikada və Avropanın bəzi hissələrində daha soyuq və qar yağışlarının çox olmasına səbəb ola bilər. La Nina okeanlardakı temperatur anomaliyaları ilə əlaqələndirilir və bu, şimal ölkələrinə daha soyuq hava və qarlı qış gətirə bilər.
Məlumat üçün deyək ki, La Nina Sakit okeanda yaranan və tropik Sakit okeanda dəniz səviyyəsinin adi vəziyyətdən daha soyuq olduğu iqlim hadisəsidir. Bu fenomen okeanların temperaturunda dəyişikliklərə səbəb olaraq, dünyanın müxtəlif bölgələrində hava şəraitini dəyişir. Məsələn, La Nina hadisəsi Şimali Amerika və Avropada daha soyuq və qarlı qışların olmasına səbəb ola bilər, bu da temperaturun daha da düşməsi və müxtəlif hava şəraitinin yaranması ilə nəticələnir.
La Nina El Nino hadisəsinin ziddidir və bu fenomen okeanlardakı soyuq su axınlarının güclənməsi ilə xarakterizə olunur. Bu dəyişikliklər hava axınlarını dəyişdirir, nəticədə bəzi bölgələrdə daha çox yağış, qar və ya daha soyuq hava müşahidə edilir.
Bundan əlavə, The Old Farmer’s Almanac-ın verdiyi məlumata görə, 2024-2025 qışında Şimali Amerikanın bəzi regionlarında temperatur aşağı düşəcək, xüsusilə yanvarın sonu və fevralın əvvəllərində daha sərt soyuq hava müşahidə olunacaq. Eyni zamanda, Şimali Amerikada və Şimali Avropada La Nina təsiri ilə qar yağışı artacaq.
Bütün bu məlumatlara əsasən, 2025-ci ilin qışı dünya miqyasında sərt hava şəraiti ilə keçə bilər.
2025-ci ildə Azərbaycanda da qışın sərt keçəcəyi barədə müxtəlif proqnozlar var. Ekoloqlar soyuq hava dalğalarının, güclü qar yağışlarının və aşağı temperaturun baş verməsinin ehtimalını qeyd edirlər. Onlar beynəlxalq iqlim proqnozlarına əsaslanaraq, sərt qış şəraitinin yaranacağını bildirirlər.
Bu proqnozların iqlim dəyişiklikləri və atmosfer şəraitinin dəyişməsi ilə əlaqəli olduğu vurğulanır. Lakin hava şəraiti yerli iqlim faktorlarından da asılı olduğundan, hər bir bölgədə vəziyyət fərqli ola bilər.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib. O, ilk olaraq ölkədə növbəti günlərdə və dekabrda gözlənilən hava şəraiti ilə bağlı fikirlərini açıqlayıb: “Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında, eləcə də bölgələrdə hava şəraitinin dəyişkən-buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Yalnız Lənkəran - Astara zonasında arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Lənkəran - Astara zonasının ayrı-ayrı yerlərində yağıntıların leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağma ehtimalı var. Lakin dekabrın 1-i gündüz saatlarından bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında günorta saatlarında 9-12 dərəcə isti, Aran rayonlarında 8-13, dağlıq ərazilərdə isə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər soyuq olacaq”.
Gülşad Məmmədova əlavə edib ki, fəsillik proqnozlara əsasən bu ilin qış fəslində Azərbaycanda havanın ota temperaturu çoxillik normaya yaxın və normadan 0,5-1 dərəcə yüksək, yağıntının miqdarı isə normaya yaxın və bəzi yerlədə bir qədər az olacağı proqnozlaşdırılır: “Lakin Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə adətən yanvar və fevral aylarında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur.
Fəsillik proqnozlar - uzun illəri, böyük əraziləri əhatə edən hava müşahidə məlumatlarının analizi və elmi tədqiqat əsasında hazırlanan mövsümlər üzrə ilkin hava durumu ssenariləri olaraq Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzləri (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi - ECMWF, ABŞ-ın Beynəlxalq Tədqiqatlar institutu - IRI, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı - APEC Climate Center və s.) tərəfindən yayımlanır".
Qurum təmsilçisinin dediyinə görə, dekabr ayında havanın orta temperaturunun iqlim normasına yaxın olacağı, yağıntıların miqdarı isə iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda bir qədər çox olacağı gözlənilir.
Tehsil-press.az