Sertifikasiya: Müəllimlər 50%-dən daha yüksək nəticə göstərməlidirlər

Sertifikasiya: Müəllimlər 50%-dən daha yüksək nəticə göstərməlidirlər “Müəllim sertifikasiyadan 50% yox, 80% nəticə göstərməlidir”

Bu sözləri AzEdu.az-a müsahibəsində təhsil mütəxəssisi Elşən Qafarov bildirib.

“Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikasiyası 2 mərhələdən ibarət olaraq keçirilir. Qaydaya əsasən, sertifikasiyanın test mərhələsində 60 sual təqdim olunur. Əgər hansısa müəllim sertifikasiyadan 29 bal toplayıbsa, onun qeyri-məqbul kimi qeydiyyata düşməsi normal haldır, çünki qaydalar bunu tələb edir.

İndiyə qədər Azərbaycanda 65 minə yaxın müəllim sertifikasiyadan keçib ki, onların hər 3-dən 2-si 50%-lik baryeri, hər 3 müəllimdən 1-i isə 51-dən çox bal toplayıb. Ümumiyyətlə, müəllim 30 balla kifayətlənməməlidir. Onlar nəinki 50%, 60-70-80-%-lik nəticə göstərməlidirlər.

Keçid balı 30-dursa, hansısa müəllimin 30-dan bir-iki bal aşağı topladığına görə əlavə şərtlər irəli sürülməməlidir. Nəticələr göstərir ki, artıq müəllimlərimiz öz üzərlərində işləyirlər”.

Tehsil-press.az

Oxşar xəbərlər