Sabir Rüstəmxanlıya mükafat verildi

Sabir Rüstəmxanlıya mükafat verildi Türk dünyasının böyük mütəfəkkiri professor Turan Yazqanın vəfatının 12-ci ildönümü ilə əlaqədar İstanbulda “Anım və Türk dünyası Turan Yazqan mükafatı” proqramı təşkil edilib.

Tədbirdən əvvəl Turan Yazqanla bağlı fotosərgi nümayiş etdirilib.

Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazqanın açılış çıxışı ilə başlayan və Azərbaycan, Şimali Makedoniya, Ukrayna və Qazaxıstandan qonaqların qatıldığı proqramda Azərbaycan millət vəkili Tənzilə Rüstəmxanlı ilə Şimali kiprli həmkarı Zorlu Törənin iştitakı ilə “Kiprdən Qarabağa türkün zəfərləri” paneli təşkil edilib.

Daha sonra Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlıya “Türk dünyası Turan Yazqan mükafatı” təqdim olunub.

Sabir Rüstəmxanlı mükafata görə vəqfə təşəkkürünü bildirib və Turan Yazqanla bağlı xatirələrini bölüşüb.

Tədbir məşhur noqaylı sənətçi Arslanbek Sultanov və Qaqauz Elindən olan müğənni Leonida Timuşun konserti ilə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər