Vergi Məcəlləsindəki dəyişikliklər III oxunuşda qəbul edildi: Əsas məsələ ƏDV-dir

Vergi Məcəlləsindəki dəyişikliklər III oxunuşda qəbul edildi: Əsas məsələ ƏDV-dir Milli Məclisin bu gün keçirilən plenar iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun layihəsi III oxunuşda qəbul edilib.

Dəyişikliklər yerli istehsal avtobusların satışının ƏDV-dən azad edilməsi, insanların mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50%-nin geri qaytarılması, bərpaolunan enerji layihələri ilə bağlı avadanlıqların idxalının vergidən azad edilməsini, dəmir yolu ilə daşınan tranzit yüklərin yol vergisindən azad edilməsi və digər məsələləri əhatə edir.

Bundan başqa, deputatlar "Nağdsız hesablaşmalar haqqında" Qanunda dəyişiklik edilməsi haqqında" qanun layihəsini də III oxunuşda təsdiqləyiblər.

Tehsil-press.az


Oxşar xəbərlər